20 Sentyabr 2024
Ölkə futbolu

“Mahir Emrelinin Bundesliqada oynayacaq istedadı var”

“Mahir Emrelinin “Nürnberq”lə anlaşdığı xəbərlərini mən də oxumuşam. Düzdü, hələ rəsmi açıqlanmayıb. Əgər elə söhbət varsa, çox yaxşı olar”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov Mahir Emrelinin Almaniya klubuna transfer olunacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Azərbaycan variantı həmişə var. Mahir istəyir ki, karyerasını Avropada davam etdirsin. İnkişaf etmək niyyəti var. Əgər Almaniyada davamlı oynayacaqsa, daha irəliləmək şansı olacaq. Təki oynasın, artırsın. Mahir üçün yaxşı variantdı. O, Azərbaycanın ən istedadlı futbolçularından biridi.

Avropada qalmağı sevir, qayıtmaq fikri yoxdu. Qalır “Nürnberq”da davamlı oynamaq. Bu, çox önəmlidi. Əgər forma şansı qazana bilsə, Mahir oradan irəli gedə bilər. Emrelinin Bundesliqada oynayacaq istedadı var. Yazılanlara görə, baş məşqçi Miroslav Kloze onu bəyənib. Bu, böyük üstünlükdü. Çünki belə olanda məşqçilər oyunçuya şans verir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43