Dünya futbolu

Mahir Emrelinin komandası güclənir

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Konya təmsilçisi “Hatayspor”dan Ze Luislə “Qaziantep”də çıxış edən Angelo Saqalı rənglərinə bağlamaq niyyətindədir.

Baş məşqçi Aleksandar Styanoveç hər iki futbolçunu da heyətində görmək istəyir. Oyunçularla anlaşıldığı və yaxın vaxtda transferlərin rəsmən açıqlanacağı bildirilir.

Xatırladaq ki, Emreli mövsümün sonuna qədər icarə əsasında “Konyaspor”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43