Millimizin üzvü Mahir Emrelinin qolu “Nürnberq”in 2024/2025 mövsümünün ilk yarısının ən yaxşı qolu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun Almaniya 2-ci Bundesliqasının 9-cu turunda “Qroyter Fyurt”ə vurduğu qol bu ada layiq görülüb. 27 yaşlı hücumçunun qolu “top 10″da birinci yerə layiq görülüb.
Emreli “Nürnberq”də 4 qol vurmağı bacarıb.