Kateqoriyasız

Mahir Emrelinin yeni komandasından qələbə

Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstra 1961” ilə qarşılaşıb. Zaqreblilər bu oyundan qələbə ilə ayrılıblar – 2:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. “Dinamo” ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda 46 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43