Polşa çempionatında 16-cı turun oyunları keçirilib.
Millimizin hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Start heyətində meydana çıxan Mahir komandasının 45-ci dəqiqədə vurduğu yeganə qolunun məhsuldar ötürməsini edib.
16 turdan sonra 12 xalı olan “Legiya” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.