“Legiya” və Polşa millisinin sabiq forvardı Yeji Podorojnik millimizin hücumçusu Mahir Emreli haqda danışıb.
İdmanxeber.az “TV Sport”a istinadən xəbər verir ki, veteran futbolçu Varşava klubunun sabiq hücumçusu haqda bunları deyib:
“Pekhart “Legiya” üçün önəmli forvard idi. O, birdən-birə əsas heyətdəki yerini itirdi. Çünki Emreli onu qabaqlamışdı. Mahir gələndən sonra Pekhart ehtiyat skamyada oturmağa başladı. Bu da çexiyalı forvardın psixologiyasını pozdu. Onu əvvəlki formasına qaytarmaq asan olmayacaq”.