24 Noyabr 2024
Dünya futbolu

Mahir ilk oyununu “Fənərbağça”ya qarşı keçirə bilər

“Fənərbağça”nın təxirə salınmış oyunun vaxtı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. İstanbul klubunun Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi “Konyaspor”a qarşı Super Liqanın XXIII turundan təxirə salınmış matçı fevralın 25-də baş tutacaq.

Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoeviçin şans verəcəyi təqdirdə Emreli yeni klubundakı ilk rəsmi matçını “Fənərbağça” qarşı keçirə bilər.

Millimizin üzvü “Konyaspor”la mövsüm sonuna qədər müqavilə imzalayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43