11 Noyabr 2024
Ölkə futbolu

Mahir “Konyaspor”un növbəti görüşündə meydanda olacaq

Azərbaycan millisinin üzvü Mahir Emreli “Konyaspor”la ilk rəsmi matçına çıxmağa hazırlaşır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın yeni transferləri Super Liqanın növbəti turunda “Giresunspor”a qarşı forma geyinə biləcək.

Futbolçuların fiziki olaraq hazır olduğu vurğulanıb. Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviçin bu görüşdə yeni transferlər Mahir Emreli, Marlos Moreno və Alexandro Posueloya şans verəcəyi gözlənilir.

“Konyaspor” – “Giresunspor” matçı martın 5-də saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43