05 Avqust 2021
Kateqoriyasız

“Mahir mənə nadir hallarda arxaya qayıdacağını söylədi”

Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç “Krasnodar”la keçirdikləri yoxlama oyunundan (1:1) sonra açıqlama verib.

51 yaşlı mütəxəssis komandanın yeganə qolunu vuran azərbaycanlı futbolçu Mahir Emreli haqqında danışıb:

“Düşünürəm ki, Mahir Emreli ikinci hücumçu ilə 3-5-2 sxemində daha yaxşı çıxış edir. Oyun vaxtı mənə yaxınlaşdı və nadir hallarda top ona gəldiyi üçün arxaya qayıda biləcəyini söylədi. Mahir futbol oynamağı və görüşdə qol vəziyyətləri yaratmağı sevir. Amma əsas ön xətt oyunçumuz kimi geri çəkilsə, irəlidə heç kim qalmayacaq. O, özündən daha öndə olan forvardla birgə çıxış edə bilər. Bunun həlli yollarını axtarmalıyıq. Emreli o zaman rahat oynayacaq. Düşünürəm ki, bu, ona daha çox qol vurmağa və yaxşı epizodlar yaratmağa köməklik edəcək”.

“Legiya” daha əvvəl Avstriyanın “Bişofshofen” klubunu 5:0 hesabı ilə məğlub edib. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” favoritdir” – AEL-in futbolçusu

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Millimizdən imtina edən futbolçu arzusuna çatır

admin