“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqqında açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis millimizin üzvünün II Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib:
“Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Mahir lazımi səviyyədə çevik deyildi”.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə sona çatıb. Mahir Emreli bu görüşdə komandasının yeganə qolunu vurub.