Ölkə futbolu

Mahir oynadı, komandası uduzdu

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” klubu II Bundesliqada növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Hannover”i qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1. Emreli bu görüşdə 78-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, azərbaycanlı forvard II Bundesliqada əvvəlki iki görüşün iştirak ərizəsində yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43