10 Yanvar 2025
Dünya futbolu

Mahir oynadı, “Konyaspor” qalib gəldi

Türkiyə superliqasında 30-cu turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Emreli görüşə ehtiyatda başlayıb. O, 39-cu dəqiqədə meydada daxil olub.

29 oyundan 42 xalı olan “Konyaspor” 8-ci, 33 xala malik “Kasımpaşa” 12-ci yeri tutur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43