Almaniya II Bundesliqasında 6-cı turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” doğma meydanda “Herta”ya məğlub olub – 0:2. Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub.
O, matçın 39-cu dəqiqəsində meydana daxil olub 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, “Nürnberq” 7 xalla turnir cədvəlində 11-cu sırada qərarlaşıb.