Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirib.
Varşava təmsilçisi “Lester”in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir görüşdə meydana start heyətdə daxil olub. O, 26-cı dəqiqədə penaltini yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə “Legiya”nın yeganə qolunu vurub. Mahir 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasında Polşada oynanılan ilk görüşdə “Legiya” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.
“Lester” – “Legiya” 3:1
Qollar: Patson Daka, 11, Ceyms Meddison, 21, Vilfred Ndidi, 33 – Filip Mladenovic, 27