Kateqoriyasız

Mahir “Sevilya” ilə oyun üçün İspaniyaya getdi

Xorvatiyanın “Dinamo” klubu “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşüb.

İdmanxeber.az-ın məlumatına görə, səfərə gedən futbolçular arasında “Dinamo”nun yeni transferi, millimizin üzvü Mahir Emreli də yer alıb.

Mahirin Avropa Liqasının 1/16 final mərhələsinin “Sevilya” ilə səfər matçında yeni komandasında debüt etməsi gözlənilir.

Qeyd edək ki, “Sevilya” ilə “Dinamo” arasında ilk görüş fevralın 17-də İspaniyada, cavab oyunu fevralın 24-ü Xorvatiyada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43