22 Dekabr 2024
Kateqoriyasız

Mahir Şükürov: “Azərbaycanda məşqsiz də oynaya bilərəm” VİDEO

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov mövsümün sonunda yenidən meydanlara qayıdacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi “Xəzər TV”yə açıqlamasında bildirib.

O, bir ilə yaxındır oynamamasını belə izah edib: “Sadəcə, “Karşıyaka” ilə bir az problemlərimiz var idi. Onu da yoluna qoyuruq. Ötən mövsüm Türkiyə Futbol Federasiyası ilə AFFA arasındakı anlaşmaya əsasən, biz orada legioner sayılmırdıq. Sonradan qərar çıxardılar ki, azərbaycanlı futbolçular da legioner sayılır. Ona gərə bir az problem yarandı. Buna baxmayaraq, may ayından onlarda da qaydalar dəyişilir. Super Liqadakı kimi, I Liqada da 11 legioner oynada biləcəklər”.

Türkiyədən bir neçə təklif aldığını bildirən Şükürov futbol daha 2 il oynamaq istədiyini açıqlayıb: “Əlbəttə, futbol oynamağa özümdə güc hiss edirəm. Bu gün baxanda görürəm ki, Azərbaycan çempionatına məşq etmədən oynaya bilərəm. Özünüz də şahidi olursunuz. Ona görə bir-iki il də oynadıqdan sonra futbolla qurtarmaq istəyirəm. Alınsa, lap yaxşı olar, oynayacağam. Alınmasa, hər şey Allahın əlindədir”.

Qeyd edək ki, Mahir Şükürov futbola başladığı 2003-cü ildən indiyədək 12 dəfə komanda dəyişib. Onun sonuncu klubu ötən ilin ortalarında tərk etdiyi Türkiyə I Liqa təmsilçisi “Karşıyaka” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43