Kateqoriyasız

Mahir Şükürov inandırmağa çalışdı: “Hər bir futbolçu istəyər ki…”

“Seçmə mərhələdəki son iki oyunumuzu evdə keçirəcəyik. Düşünürəm ki, hər iki qarşılaşma yetərincə gərgin və maraqlı alınacaq. Biz evdə oynadığımız matçlarda istənilən rəqiblə başa-baş mübarizə aparmaq gücündəyik. Çalışacağıq ki, hər iki qarşılaşmada gözəl oyun nümayiş etdirib azarkeşlərimizi sevindirək. İnanıram ki, onlar da bu qarşılaşmalarda bizi tək qoymayacaqlar”.

Bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

“Ağ-qaralar”ın futbolçusu forza1937.com-a açıqlamasında daha sonra bunları deyib:

“O ki qaldı  çempionat oyunlarına və son günlər azarkeşlərin mənim oyunumdan narazı qalmalarına bu futboldur. Hər bir futbolçu istəyər ki, öz oyunu ilə komandaya faydalı olsun. İnanın ki, biz stadionda qələbə üçün var gücümüzü sərf edirik. İstər çıxış etdiyim “Neftçi” klubunda, istərsə də milli komandanın heyətində uğur qazanmaq üçün əlimdən gələni edirəm. Ötən mövsüm “Neftçi”nin heyətində Azərbaycan çempionu oldum və Avropa Liqasının qrup mərhələsində oynadım. Düşünürəm ki, milli komanda səviyyəsində də inkişaf var və nəticələrimizi get-gedə yaxşılaşdıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43