Premyer Liqa

Mahir Şükürov son nəfəsdə “Neftçi”yə can verdi

Bu gün Premyer Liqada 17-ci turun növbəti oyunları baş tutacaq.

İkinci oyun günündə daha 3 qarşılaşma keçiriləcək. Tura Biləcəridə start veriləcək. Burada "Bakı" "Qarabağ"ı sınağa çəkəcək. Digər matçda isə "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Rəvan"ı qonaq edəcək. Turun ən maraqla gözlənilən oyunu isə "Bakcell Arena"da baş tutacaq. Saat 18:00-da başlayacaq oyunda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gələcək.

15 dekabr (bazar)

14:00.“Bakı” – “Qarabağ” 2:1
Qol: Çesnauskis, 59, Rauf Əliyev, 73, Kapolonqo, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov

“Bakı” FK-nın təlim məşq bazasının stadionu

16:00.“Xəzər Lənkəran” – “Rəvan” 1:0
Qol: Mbilla Etame, 27

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.

“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00.“Neftçi” – “Qəbələ” 2:1
Qol: Araz Abdullayev, 12, Leonardo da Silva, 45+2, Mahir Şükürov 90+3

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.

8-ci km qəsəbə stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43