23 Dekabr 2024
Premyer Liqa

Mahir Şükürova “söyüş qonaqlığı”

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Neftçi” cənublu azarkeşlərin təzyiqi ilə üzləşib. ir qrup yerli fanat “Böyük oyun”un keçiriləcəyi Mərkəzi stadionda məşq keçməyə gələn qonaq klubun heyətini fitə basaraq, şüarlar səsləndiriblər.

Həmçinin, “ağ-qaralar”ın müdafiəçisi, vaxtilə “Xəzər Lənkəran”ın formasını geyinən Mahir Şükürovu söyüşə “qonaq ediblər”. Onlar Şükürovun ölkə kubokunun finalında yaşanan qalmaqal zamanı “ağ-yaşıllar”ın futbolçusu Kamran Abdullazadəni vurmasını unutmadıqlarını bu şəkildə büruzə veriblər.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” görüşü sabah keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43