Avropa Liqasının pley-off mərhələsi çərçivəsində millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu Polşanın “Legiya” klubu Çexiyada “Slaviya” ilə heç-heçə etdi – 2:2.
İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə açıqlanan start heyətində Mahir Emrelinin adı olmayıb. Varşova klubunun baş məşqçisi start heyətində Tomas Pekarta güvənmək istəyib. Lakin oyundan öncə isinmə hərəkətləri zamanı çexiyalı forvard zədələnib. Bundan sonra Mahir oyunun başlamasına bir neçə dəqiqə qalmış əsas heyətdə meydana çıxacağını öyrənib və əvəzlənmədən meydanda olub.
Qeyd edək ki, Mahir komandasının ilk qolunun müəllifi olub.