Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviçin Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Estoniyanın “Flora” komandasına qarşı keçirəcəkləri ilk oyundan sona mətbuat konfransı keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Mixneviç media nümayəndələri ilə görüşdə azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:
“Mahir Emreli komandaya tez uyğunlaşdı və özünə yer tapdı. Mahir vacib qollar vurur. Özünü yaxşı tərəfdən göstərə bilib. Bu, önəmlidir”.
Bu gün keçiriləcək “Legiya” – “Flora” matçı saat 23:00-da başlayacaq.