Kateqoriyasız

Mahir yenə qol vurdu, “Legiya”dan heç-heçə

Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Polşanın “Legiya” klubu yoxlama oyunu keçirib. Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə görüşüb. Matçda qalib müəyyənləşməyib – 1:1.

Emreli də bu matçın iştirakçısı olub. Komandasının yeganə qolunu da 23 yaşlı forvard vurub. O, 38-ci dəqiqədə hesabı açıb.

Mahir daha əvvəl Avstrya “Bosşofşfen”i ilə görüşdə het-trik etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43