Kateqoriyasız

Mahir yenə topu dirəyə vurdu – VİDEO

Millimizin futbolçusu Mahir Emreli yeni klubu – Zaqreb “Dinamo”sunda qol hesabını açmağa yaxın olub.

İdmanxeber.az-ın məlumatına görə,  komanda evdə autsayder “Draqovolyaç”la qarşılaşıb və qələbə qazanıb – 2:0. Mahir 70-ci dəqiqədə meydana daxil olub.

Xorvatiyanın “Jutarnji list” nəşri yazır ki, Emrelinin zədəsini sağaldıb yenidən oyunda iştirak etməsi müsbət faktdır. Qəzet yazır ki, dünənki görüşdə Mahirin qol vurmaq imkanı olsa da, onun zərbəsindən sonra top qapı tirinə dəyib.

“Artıq ikinci dəfədir ki, Mahirin zərbəsi tirə tuş gəlir. İlk dəfə “Maksimir”də “Şibenik”ə qarşı matçda belə hadisə baş vermişdi. Top tirə dəyməsəydi, bəlkə də maraqlı olmazdı. Yeri gəlmişkən, “Maksimir”dəki həmin görüşdən əvvəl Mahir öyünürdü ki, Polşa liqasında onun 5 zərbəsi qapı dirəyinə dəyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43