27 Noyabr 2021
Kateqoriyasız

“Mahiri transfer etmək istəyiriksə bir az səbirli olmalıyıq” – İspaniya klubunun rəsmisi

İspaniyanın “Estremadura” klubunun idman direktoru Daniel Lopes Ramos “Qarabağ”ın hücumçusu Mahir Emrelinin transferiylə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı futbol funksioneri səbirli olmalarını bildirib:

“Mahir Emreli klub rəsmiləri, rəhbərlik və məşqçilər korpusu kimi, hər kəsin komandada görmək istədiyi gənc oyunçudur. Ancaq burada həssas məsələ var, o, klubu ilə ÇL-də oynayır. Danışıqlarda əsas iştirakçı olduğumuzu bilirik, bir az səbirli olmalıyıq”.

Daha öncə İspaniya mətbuatında belə xəbər yayılmışdı ki, əgər “Qarabağ” Çempionlar Liqasında çıxışını başa vursa, Mahir İspaniyaya yollanacaq.

22 yaşlı futbolçu ilə “Malaqa” və “Almeriya”nın da maraqlandığı iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” argentinalı futbolçu ilə danışıqlar aparır – rəsmi

admin

“Qarabağ”a qalib gələcəyik” – “Dandolk”ın futbolçusu

admin

“Qarabağ” üçün böyük şok: “Sevilya” ilə oyunu buraxır

admin