Kateqoriyasız

Mahiri transfer etmək istəyən klubların nəzərinə

Millimizin forvardı Mahir Emrelinin transfer dəyəri artıb.

İdmanxeber.az-ın məlumatına görə, “Transfermarkt” Polşa Ekstraklasasında çıxış edən futbolçuların qiymətini müəyyənləşdirib.  “Legiya”nın hücumçusu Mahir Emrelinin qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb.

Qeyd edək ki, Mahir yayda “Legiya”ya transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43