“Dinamo” Luka Modriçi heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təcrübəli yarımmüdafiəçinin karyerasını doğma klubunda bitirmək istəyəcəyinə ümid edir.
Mövsümün sonunda “Real”dan ayrılacağı gözlənilən Modriçə həm MLS-dən, həm də Səudiyyə Ərəbistan təkliflər var.
Xatırladaq ki, 38 yaşlı yarımmüdafiəçi 2003-08-ci illər arasında “Dinamo”da çıxış edib.