Kateqoriyasız

Mahirli “Dinamo” məğlub oldu – YENİLƏNİB

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti matçına çıxıb.

İdmaxneber.az xəbər verir ki, Zaqreb təmsilçisi XV turda səfərdə “Osiyek”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqəsində meydana daxil olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43