Kateqoriyasız

Mahirli “Dinamo”nun növbəti sınağı

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb,) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan “Lüdoqorets”i ilə cavab oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunda Mahirin də oynaması gözlənilir.

“Dinamo” mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Cavab oyunları

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)

“Maksimir” stadionu

İlk oyun – 2:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43