Kateqoriyasız

Mahirli “Dinamo”nun növbəti sınağı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatında növbəti oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, komanda 26-cı tur çərçivəsində “Şibenik”i sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

18:00. “Dinamo” (Zaqreb) – “Şibenik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43