Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında “Lester”lə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu start heyətdə meydana çıxıb və komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.
Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda C qrupunda liderdir.
30 sentyabr
20:45. “Legiya” (Polşa) – “Lester” (İngiltərə) – 1:0
Qol: Mahir Emreli, 31