Polşa kubokunda 1/8 final matçları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi ‘Legiya” səfərdə “Motor”la qarşılaşıb və aşağı liqa təmsilçisinə çətinliklə qalib gəlib – 2:1.
Mahir bu matça ehtiyatda başlayıb. O, komandası ilk hissədən sonra geri olanda ikinci yarının 46-ci dəqiqəsində meydana daxil olub.