Kateqoriyasız

Mahir start heyətində, “Legiya”nın pley-off savaşı

Millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi “Legiya” (Polşa) Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Varşava təmsilçisi 6-cı turda “Spartak”la (Moskva, Rusiya) doğma meydanda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

“Legiya” əgər “Spartak”a qalib gəlsə, “Napoli” – “Lester” oyunun nəticəsindən asılı olmayaraq pley-off-a yüksələcək.

9 dekabr

21:45. “Legiya” – “Spartak” 

21:45. “Napoli” – “Lester”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43