20 Sentyabr 2024
Dünya futbolu

“Makkabi” – “Sabah” matçını canlı yayımlayacaq kanallar

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah “Makkabi”nin qonağı olacaq “Sabah”ın bu oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, Macarıstanda keçiriləcək qarşılaşmanı ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq. Bundan başqa, İsrailin Sport 4 kanalı da matçı birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, “Makkabi” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43