“Makkabi” (Hayfa) UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirəcəyi cavab görüşündə dəstəksiz qalmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, İsrail klubunu Masazırda azarkeşləri yalnız buraxmayacaq. Təxminən 30-a yaxın fanat “Makkabi”ni dəstəkləmək üçün “Bank Respublika Arena”ya gələcək.
Xatırladaq ki, “Sabah” – “Makkabi” arasında keçiriləcək cavab görüşü avqustun 1-də, Bakı vaxtı ilə saat 20:0-da start götürəcək.