07 Dekabr 2024
Dünya futbolu

Maksim Medvedev: “Oyunda fasilə yaranmağı xeyrimizə oldu”

Avroliqanın qrup mərhələsində ilk qələbəsini səfərdə “Vorskla”a qarşı alan “Qarabağ” komandasanın futbolçusu Maksim Medvedev oyundan sonra müsahibə verib. O, meydanın donmasının oyunlarına təsir etdiyini bildirib:

“Təbii ki, bu cür meydan bizim öz oynumuzu oynamağımıza təsir etməyə bilməzdi. Lakin buna dözüb, yaxşı mübarizə aparmalıydıq. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Oyunda fasilə yaranması açığı deyim ki, bizə yaxşı təsir etdi. Həmin vaxt rəqib üzərimizdə təzyiq yaratmaq istəyirdi”

Qrupdakı şanslarından da danışan futbolçu qarşıda onları iki çətin oyunun gözlədiyini bildirib:

“Komandanın aktivində üç xal var. Bu çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. “Vorskla”da bizim kimi mübarizə aparacaq. Biz “Arsenal” və “Sportinq” komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. “Sportinq”lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43