Rəqib baş məşqçi iddialı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasında yığmamızın qrupunda yer alan Malta komandasının baş məşqçisi Ray Farucciya Azərbaycanla oynanacaq qarşılaşma barəsində danışıb. O, turniri səbirsizliklə gözlədiyini bildirib:
“Heyətə kifayyət qədər gənc oyunçu çağırmışıq. Onlar təcrübəli futbolçularla birlikdə meydanda yaxşı oyun nümayiş etdirəcəklər. İnanıram ki, Farer Adaları və Azərbaycan yığması ilə olan qarşılaşmalardan yaxşı nəticə ilə ayrılacayıq”.
Qeyd edək ki, yığma komandamız sentyabrın 10-da səfərdə Malta millisi ilə qarşılaşacaq.