18 Oktyabr 2024
Kateqoriyasız

“Mançester Siti” 4 futbolçuya müqavilə təklif etdi

İngiltərənin “Mançester Siti” klubu bir neçə futbolçusu ilə yeni müqavilə bağlamaq niyyətindədi.

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər” Samir Nasriyə 5 illik yeni saziş təklif ediblər. 

Fransalı futbolçudan başqa Eden Ceko, Aleksandr Kolarov və Co Hartla da müqavilə müddətini artırmaq fikrindədilər.

İngilis futbolçu Ceyms Milner isə klubdan ayrılmaq istəyir. Lakin “Mançester Siti”nin maliyyə feyr pleyi qaydalarına uyğun hərəkət etmədiyinə görə UEFA-nin kluba tətbiq etdiyi sanksiya səbəbindən Milnerin keçidinə razılıq verməyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43