“Mançester Siti” “Porto”nun yarımmüdafiəçi Niko Qonzalesin transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı ispaniyalı “şəhərlilər”lə 2029-cu ilə qədər müqavilə imzalayıb. Qonzalesin transferi Mançester klubuna 60 milyon avroya başa gəlib.
Bu mövsüm Niko Portuqaliya çempionatında 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.