“Mançester Siti”nin qapıçısı Stefan Orteqa klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu 31 yaşlı almanla yeni müqavilə imzalamaq niyyətində deyil. Hazırkı sözləşmənin müddəti 2024-cü ilin yayında başa çatır.
Bu mövsüm Orteqa bütün yarışlarda 9 oyun keçirib, 11 qol buraxıb və 2 görüşdə qapısını təmiz saxlayıb.