“River Pleyt”in hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverri “Mançester Siti”yə keçib.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. Yanvarda 18 yaşı tamam olan Eçeverri “Mançester Siti”yə keçməzdən əvvəl bir il “River Pleyt”də qalacaq.
Transfer 16 milyon dollar dəyərində qiymətləndirilir. O, komandanın heyətində 6 oyuna çıxdı və bir məhsuldar ötürmə etdi.
Argentina U17 millisində də çıxış edən futbolçu 22 matçda 13 qol vurub.