Dünya futbolu

“Mançester Siti” avrokuboklardan kənarlaşdırıla bilər

UEFA-nın Maliyyə İstintaq Qrupu İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Fair-Play qaydalarını pozduğu üçün araşdırmalara başlayıb.

Idmanxeber.az xəbər verir ki, İngiltərə nəhəngi 2014-cü ildə maliyyə pozuntuları edib və sponsorluq müqavilələrinin məlumatını yanlış təqdim edib. Qərarın bu həftə rəsmən açıqlanacağı gözlənilir.

“Şəhərlilər”in ən azı bir mövsümlük cəzalanacağı ehtimal olunur. Cəzanın hansı mövsümdən qüvvəyə minəcəyi bəlli deyil. Cəzanın 2020/21 mövsümünü əhatə edəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43