05 Oktyabr 2024
Dünya futbolu

“Mançester Siti”, “Bavariya” və “Real” bizdən üstündür”

“Barselona”nın baş məşqçisi Xavi Hernandes klubun transfer siyasətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, maliyyə məhdudiyyətlərinin komandanın transfer planlarına təsirinə toxunub. Gənc mütəxəssis bunun kluba çox çətinlik yaratdığını bildirib:

“Biz maddi vəziyyətdən çox asılıyıq. “Rəhbərlik “Barselona”nın əzəmətini qoruma qüçün həddindən artıq səy göstərir. Bu il isə keçən ilki durumdan daha pis vəziyyətdəyik. İstədiyimiz transferlər olmaya bilər.

İnsanlar La Liqanı, Çempionlar Liqasını qazanmağı tələb edirlər, amma biz digər klublarla eyni səviyyədə deyilik. “Mançester Siti”, “Bavariya” və “Real” bzidən üstündür”. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43