İdman

“Mançester Siti” ÇL-də mübarizəni dayandırdı, “Atletiko” 1/4 finalda (VİDEOLAR)

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, keçirilən iki qarşılaşma ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.

Almaniyada Leverkuzen “Bayer”inə qalib gələn Madridin “Atletiko” klubu öz meydanında qolsuz heç-heçə edərək tur adlayıb.

Günün digər matçında isə “Monako” səfərdə məğlub olduğu “Mançester Siti”yə qalib gəlməklə mərhələ adlayan tərəf olub.

15 mart

Çempionlar Liqası  

1/8 final mərhələsi, cavab oyunları

23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) 3:1

Qollar: Mbappe, 8 (1:0), Fabinyo, 29 (2:0), Sane, 71 (2:1), Bakayoko, 77 (3:1)

İlk oyun – 3:5

23:45. “Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) 0:0

İlk oyun – 4:2







İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43