İngiltərənin “Mançester Siti” klubu transfer çalışmalarını davam etdirir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, ingilislər dünən baş tutan “Fənərbağça” – “Hannover” (2:1) matçında olublar.
Məlumata görə, klub rəsmiləri “sarı-lacivərtlilər”in aparıcı futbolçusu Emanuel Emenikeni izləmək üçün stadiona təşrif buyurublar. “Şəhərlilər”in yaxın günlərdə nigeriyalı hücumçu üçün qarşı tərəfə rəsmi təklif göndərəcəyi bildirilir.