24 Noyabr 2024
Dünya futbolu

“Mançester Siti” Gündoğanı rəsmən açıqladı

Yarımmüdafiəçi İlkay Gündoğan klubdan ayrıldıqdan bir il sonra rəsmi olaraq “Mançester Siti”nin futbolçusu olub.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” oyunçuyla 1 mövsümlük müqavilə imzalayıb. Gündoğan artıq 2016-2023-cü illərdə İngiltərə klubunda çıxış edib, 304 oyuna çıxıb və 60 qol vurub.

Alman futbolçunun əvvəlki komandası 2023-cü ildən çıxış etdiyi “Barselona” olub və 2024-cü ilin avqustunda tərəflərin qarşılıqlı razılaşması ilə müqavilə ləğv edilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43