“Mançester Siti” Erlinq Haalandla müqavilə yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, norveçli oyunçuyla 2034-cü ilə qədər sözləşmə bağlanıb. 24 yaşlı forvardın müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi.
Xatırladaq ki, Erlinq bu mövsüm bütün turnirlərdə 28 matça çıxıb, 21 qol vurub və 1 asist edib.