“Mançester Siti” hücumçu Erlinq Haalandla müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar start götürüb. 24 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ancaq rəhbərlik sözləşməni yeniləmək niyyətindədir.
Xatırladaq ki, futbolçu 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. Onunla “Real”ın maraqlandığı bildirilir.