“Norviç” “Mançester Siti”nin müdafiəçisi Kallum Doylunu icarəyə götürdüyünü açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilənin müddəti 2025-ci ilin may ayının sonuna qədərdir. Ötən mövsüm 20 yaşlı ingilis “Lester”ə icarəyə verilmişdi. O, “tülkülər”in heyətində 23 oyunda 2 məhsuldar ötürmə edib.
Doylun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.