“Mançester Siti” Premyer Liqa rəhbərliyini məhkəməyə verib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” liqanı əməliyyatlarla bağlı ayrı seçkilikdə ittiham edirlər. Belə ki, Premyer Liqa rəhbərliyi klub sahibləri ilə əlaqəli olan şirkətlərlə müqavilə bağlamağı qadağan edir. Mançester təmsilçisi də bu qərara etiraz edib.
Fevralın 6-da qurum “Mançester Siti”ni çoxsaylı maliyyə qaydalarını pozmaqda ittiham edib. Məlumata görə, klub 2009/10 mövsümündən 2017/18 futbol ilinə kimi maliyyə feyr-pley qaydalarını pozub.
Əgər iddialar təsdiqi tapsa, komandanın xallarının silinməsi də daxil olmaqla, bir sıra cəzalarla üzləşə bilər.