20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” qapıçısı ilə bağlı qərarını verdi

“Mançester Siti” qapıçısı Edersonunu heyətdə saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçu ilə danışıq aparır. 31 yaşlı futbolçunun klubla harzırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Ederson “Mançester Siti”yə 2017-ci ilin yayında “Benfika”dan keçib. O, müddət ərzində 338 rəsmi oyun keçirib, 261 qol buraxıb.

Edersonun adı yayda Səudiyyə Ərəbistanı çempionatı ilə yanaşı hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43